Putin prezident İlham Əliyevlə görüşəcək

Putin prezident İlham Əliyevlə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Tacikistana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Putin Oktyabrın 8-dən 10-dək Tacikistana üç günlük səfərə gedəcək.

Rusiya liderinin Düşənbədəki qrafikinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir.

Kremldən verilən məlumata görə, dövlət səfəri çərçivəsində Putin Tacikistan Prezidenti Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Tacikistan tərəfi ilə bir sıra mühüm sənədlər imzalanacaq, o cümlədən sərhəd təhlükəsizliyinin gücləndirilməsi, terrorizm və ekstremizmə qarşı mübarizə üzrə əməkdaşlıq proqramları, 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası qəbul ediləcək.

Bundan başqa, “MDB Plus” formatının yaradılması və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun verilməsi ilə bağlı qərarların təsdiq edilməsi də nəzərdə tutulur.