Rusiya prezidenti Vladimir Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşməyə hazırlaşır.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
“İran tərəfinin artıq təsdiq edilmiş dəvəti var və biz ümid edirik ki, yeni prezident sammitə gələcək. Biz onu görməyə şad olarıq və prezident Putin qarşıdakı təmaslara hazırlaşır”, – Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib ki, Rusiya və İran tezliklə imzalanmalı olan hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasını başa çatdırıblar.
Putinlə telefon danışığında Pezeşkian oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində bu sazişi imzalamağa hazır olduğunu açıqlayıb.