Putin Paşinyanın ad gününü təbrik etdi

Putin Paşinyanın ad gününü təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə 1 iyun tarixində Kremlin saytında məlumat verilib.

Rusiya liderinin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında möhkəm dostluq əlaqələri mövcuddur. O vurğulayıb ki, birgə səylərlə iki ölkə arasında bütün sahələrdə ikitərəfli münasibətlərin daha da inkişafına nail olmaq mümkündür.

“Bu, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsi istiqamətindədir”, – deyə Putin bildirib.

Rusiya Prezidenti Paşinyana möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar arzulayıb.