PUTİN PAŞİNYANI ÖZ MAŞININDA GƏZDİRDİ, BƏS, ERMƏNİ BAŞ NAZİR NİYƏ DİLXOR İDİ?backend

PUTİN PAŞİNYANI ÖZ MAŞININDA GƏZDİRDİ, BƏS, ERMƏNİ BAŞ NAZİR NİYƏ DİLXOR İDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan KTMT-ni Bakıya qarşı qoya bilmədi. O, çalışırdı ki, cəbhə açsın. Lakin prezidentin dediyi kimi, o təşkilatda Ermənistandan daha çox Azərbaycana dost ölkələr var. Ona görə erməni baş nazir blokun Azərbaycanla bağlı fəaliyyətindən şikayət etsə də, sözlərinə məhəl qoyulmadı”.

Bu fikirləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova İrəvanda keçirilən KTMT sammiti ilə bağlı söyləyib. Onun fikrincə, Putinin İrəvan səfərindən əvvəl Əliyevə zəng etməsi ilə hər şey aydın görünürdü:

“Erməni analitiklər də qeyd edirlər ki, Rusiya Ermənistanın yanında deyil, indi ona Türkiyə və Azərbaycan hava-su kimi lazımdır. Kreml rəhbəri Ukraynada müharibə apardığı vaxtda istəməz ki, Ermənistana görə Bakı və Ankara ilə əlaqələri korlasın. Ona görə İrəvan səfəri bölgədə hakim olduğunu göstərmək cəhdi idi. Paşinyan isə KTMT-ni bizə qarşı yönəldə bilməyəcək”.

Ekspert hesab edir ki, təşkilat öz mülki missiyasını göndərə bilər, bu da Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəddə olan mülki missiyasına bir demarş sayıla bilər. Hətta Lukaşenko Paşinyana söz atdı ki niyə bikefsən, tutqun görünürsən? Belarus liderinin sözü ona eyham vurmaq idi ki, KTMT Azərbaycan əleyhinə qərar verməyəcək deyə erməni lider iclasdan əvvəl dilxor, pəjmürdə görünür”.

Nigar