Putin oruc tutur?

Putin oruc tutur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin oruc tutub-tutmadığı barədə məlumat ictimaiyyətə açıqlanmayacaq.

Tribunainfo.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq bildirib.

Peskov məsələ ilə bağlı düşüncələrini bölüşərək, “Bu, hamı üçün o qədər müqəddəsdir ki, yəqin ki, ictimaiyyətin diqqətinə çatdırılmamalıdır”, – deyə qeyd edib.

Qeyd edək ki, pravoslav xristianlığın ən uzun orucu olan Böyük Oruc martın 3-də başlayıb və aprelin 20-də Pasxa bayramı ilə başa çatacaq.