Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarmağa başlayıb.
Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarmağa başlayıb.
TİA.AZ “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.
Onun sözlərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib. General qeyd edib ki, ilk olaraq Suriyanı “Admiral Kuznetsov” təyyarəsi, “Böyük Pyotr” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək.
O bildirib ki, təyyarə daşıyan gəmilər qrupu öz vəzifələrini yerinə yetirib, xüsusilə Suriyada hava hücumundan müdafiə qüvvələri ilə birlikdə vahid HHM sistemi yaradılıb.