Rusiyanın müxalifət nəşri General SVR prezident Vladimir Putinin ötən gecə infarkt keçirdiyini iddia edib.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, İqamətgahda çalışan məxfi xidmət əməkdaşlarının düşmə səsini eşitdikdən sonra Putinin otağına daxil olduqları və Rusiya liderini yerə yıxılaraq qıcolma halında gördüyü iddia edilib.
Həkimlərin müdaxiləsi ilə həyata qayıdan Putinlə bağlı Kremldən açıqlama verilməyib.
Vəziyyəti görən agentlərin dərhal iqamətgahdakı həkimləri növbəyə çağırdığı, həkimlərin isə Putinin infarkt keçirdiyini bildirdikləri iddia edilib. General SVR-nin iddiasına görə, həkimlər Putinin dayanmış ürəyini sürətli müdaxilə ilə yenidən işə salıblar və Rusiya lideri iqamətgahdakı tibbi avadanlıqlarla xüsusi otağa aparılıb. Putinin müdaxilədən sonra huşunun olduğu bildirilib.