PUTİN ÖLKƏLƏRİN SUVERENLİYİNƏ HÖRMƏT ƏMRİNİ LƏĞV ETDİbackend

PUTİN ÖLKƏLƏRİN SUVERENLİYİNƏ HÖRMƏT ƏMRİNİ LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiyanı Aİ və ABŞ-a yaxınlaşdırmalı və bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olan “Rusiyanın xarici siyasətinin həyata keçirilməsi üzrə tədbirlər haqqında” 2012-ci il fərmanını ləğv edib.

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, yeni fərman “beynəlxalq münasibətlərdə baş verən əsas dəyişikliklərlə əlaqədar Rusiya Federasiyasının milli maraqlarını təmin etmək üçün” imzalanıb.
Qərar fevralın 21-dən qüvvəyə minib.

11 illik fərman konkret olaraq nəzərdə tuturdu ki, Rusiya Moldovanın suverenliyinə, ərazi bütövlüyünə və neytral statusuna hörmət əsasında Dnestryanı münaqişənin həlli yollarını fəal şəkildə axtarmağa davam edəcək.
Sənəd həmçinin ABŞ-la Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin ardıcıl icrasını nəzərdə tuturdu.

Xatırladaq ki, Putin çərşənbə axşamı Rusiyanın sazişdə iştirakını dondurduğunu açıqlamışdı.

Ləğv edilmiş fərmanda həmçinin qeyd olunur ki, Rusiya “BMT Nizamnaməsinin dövlətlər arasında qonşuluq münasibətlərinin bərabərlik, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında inkişafını tələb edən fundamental prinsiplərinə ciddi əməl edəcək”.