PUTİN NİYƏ QARABAĞA GÖRƏ MƏYUSDUR? – REAKSİYA

PUTİN NİYƏ QARABAĞA GÖRƏ MƏYUSDUR? – REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin illik konfransda açıqlayıb ki, “Qarabağdan biz imtina etmədik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistan idi. İrəvan bu qərarı öz təşəbbüsü ilə aldı, bizimlə məsləhətləşməmişdi”. Tribunainfo.az yazır ki, bu açıqlaması geniş müzakirələr açıb. Kreml lideri demək istəyib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, Rusiya hələ də separatizmə dəstək verəcəkdi.

Bu mövzuda REAI Partiyasından Natiq Cəfərli bildirir ki, Paşinyanı, komandasını, Avropa Birliyi və ABŞ-ı tənqid etməyi tərgidin, Putinin və Kremlin bütün planlarını pozublar: ” Putin demək istəyir ki, biz qoymazdıq, imkan verməzdik, amma məhz Qərbin təkidi və təklifi ilə Paşinyan bu addımı atıb. Üzərinə də Azərbaycan son 3-4 ildə Rusiyanı urvatsız edib bölgədə nüfuzunu azaltdı – İrəvan və Bakı Qərbin koordinasiyası və Türkiyənin iştirakı ilə Cənubi Qafqazda Rusiyanı xeyli “əzdi”, son 300 ildə bölgədə Rusiya heç vaxt bu qədər zəif olmamışdı”.
Politoloq Elxan Şahinoğlu isə deyir ki, sanki qeyri-adi hadisə baş verib: “Ermənistan müharibədə məğlub olub və bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. Putinin geniş mətbuat konfransındakı sonrakı cümləsi də düşündürücüdür: “Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”. Kreml sahibinin məntiqinə görə, İrəvan Qarabağdan imtina etməsəydi, Rusiya Azərbaycanın öz ərazisi üzərində suverenliyinin bərpasına imkan verməyəcəkdi”.