Putin niyə Ərəbistanı seçdi – GERÇƏKLƏR

Putin niyə Ərəbistanı seçdi – GERÇƏKLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna müharibəsinə son qoymağı müzakirə edə biləcəyini söyləyəndə çoxları onun bu kritik sammitə niyə Körfəz ölkəsini təklif etdiyi ilə maraqlanırdı.

Putin isə Lavrov və köməkçisini Ərəbistana göndərib.

Tribunainfo.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Elşən Manafov niyə məhz Ərəbistanın seçildiyini və nələrin müzakirə olunduğunu şərh edib.

Politoloqun sözlərinə görə, Ukrayna probleminin həlli yolları və ümumiyyətlə müasir dünya nizamı ilə bağlı məsələlərin müzakirəsi üçün Səudiyyə paytaxtı Ər Riyadın seçilməsi göstərir ki, Avropa Birliyi artıq əvvəlki kimi qlobal müstəvidə ciddi nüfuz və təsirə malik tərəfdaş deyil.

“Hər halda ABŞ prezidenti Trampın AB dövlətlərinin başçıları ilə razılaşdırmadan Putinlə mövcud problemlərin həlli ətrafında müzakirələrə hazır olması bu fikirləri səsləndirməyə əsas verir.
Ər Riyadda baş tutacaq görüş olduqca vacib siyasi əhəmiyyət kəsb edəcək. Zira, bu görüşlə ABŞ-ın yeni siyasi rəhbərliyi Rusiya ilə münasibətlərdə qarşıdurmadan siyasi dialoqa keçməyin zəruriliyini etiraf etmiş olur. Halbuki Bayden administrasiyası və onun da ardınca AB ölkələrinin əksəriyyəti düşünürdülər ki, münasibətlərdəki problemlərin yeganə həlli yolu qarşıdurmanın dərinləşməsi, gücün tətbiqidir. Ona görə də, Rusiyaya qarşı hərbi güclə yanaşı, iqtisadi təzyiq vasitələrini işə salmışdılar.
Amerikanın milli maraqlarını Avropa maraqlarından daha üstün tutan ABŞ-ın yeni administrasiyası Rusiya ilə bu tərz qarşıdurmanın səmərəsizliyindən çıxış edərək onunla münasibətləri daha realist və optimal müstəvi üzərində qurmağı planlaşdırır. Tramp başa düşür ki, onun nəzərdə tutduğu bir sıra qlobal layihələrin uğurlu gedişatı (Qrelandiya, Panama, Kanada, Meksika və s.) həm də Rusiya ilə münasibətlərin normal axarından asılı olacaq. O, öz siyasi gedişləri ilə qlobal müstəvidə
Liberialist mövqelərdə dayananların mövqelərini, onların dünyaya baxış sistemlərini darmadağın etdi. Rusiya isə 3 illik müharibəsi ilə Qərbdə liberal baxışlara malik qlobalistlərə sübut etdi ki, heç bir qüvvə onu milli, suveren hüquqlarını, dövlətçiliyini qorumaqdan vaz keçməyə məcbur edə bilməz. O, hansısa regiona deyil, məhz qlobal müstəvidə gücə və imkanlara malik olan dövlətdir və onunla hesablaşmaq lazımdır. Avropa Birliyi dövlətlərinin Ukrayna müharibəsi dövründə iqtidarda olan hakim dairələri isə siyasi uzaqgörənlik və siyasi iradə nümayiş etdirə bilmədilər. ABŞ-dakı qlobalistlərin siyasətinin yedəyində getdilər. Öz milli, suveren hüquqlarından çıxış edə bilmədilər və bu siyası naşılığın bədəli Avropa Birliyinin ABŞ və Rusiya arasındakı danışıqlardan kənarda qalmasıdır. Ər Riyadın seçilməsi ABŞ və Rusiya siyasi rəhbərliyinin AB liderlərinə olan etimadsızlığı, hətta sayqısızlığı ilə yanaşı Səudiyyənin yaxın perspektivdə Yaxın Şərqin siyasi həyatında oynaya biləcəyi rol və arta biləcək imkanları ilə bağlıdır”.

Dəniz