Putin nəzarəti itirir: Uğursuz yay hücumu Kremlə atəşkəs axtarmağa vadar edə bilər

Putin nəzarəti itirir: Uğursuz yay hücumu Kremlə atəşkəs axtarmağa vadar edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynadakı yay hücumu son ümidi idi, amma uğursuzluqla nəticələndi. İndi Kreml qısa müddətli, amma onun üçün əlverişli atəşkəsə nail olmağa çalışa bilər.

Tribunainfo.az xəbər verir ki, Vaşinqtonda yerləşən Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPA) yayımladığı analitik yazıda bildirilir ki, Vladimir Putin artıq Rusiya-Ukrayna müharibəsində nəzarəti əldən verib. Analitikə görə, Rusiya lideri bu vəziyyəti sabitləşdirmək üçün müvəqqəti atəşkəs forması ilə vaxt udmağa və daha sonra yenidən hücuma keçməyə çalışa bilər.

Məqalə müəllifinin adı təhlükəsizlik səbəbi ilə açıqlanmayıb. O bildirir ki, Rusiya daxilindəki müxalif çevrələrdə artıq yaxın vaxtlarda döyüşlərin dayandırılacağına dair ciddi gözləntilər var. Onların fikrincə, yayda planlaşdırılan Rusiya hücumu Kreml üçün son şans idi – və bu da uğursuz oldu.

“Sonuncu təkan” – əsir düşmüş rus zabitlərin sözləri
Əsir götürülmüş rus zabitləri də yay hücumunun Kreml tərəfindən “qalibiyyətə aparan son təkan” kimi nəzərdə tutulduğunu bildiriblər. Amma bu hücum da uğur gətirmədi.

Putin ümid edirdi ki, müharibəni “xüsusi hərbi əməliyyat” kimi təqdim etməklə onu ölkə daxilindəki əhali üçün uzaq və ağrısız göstərə biləcək. Yəni müharibə iqtisadiyyata və əhalinin gündəlik həyatına ciddi təsir etmədən davam etdiriləcəkdi. Lakin vəziyyət artıq nəzarətdən çıxıb və getdikcə daha da pisləşir.

Döyüşlərdə dönüş nöqtəsi baş vermədi
Məqalədə qeyd olunur ki, ciddi dönüş nöqtəsi baş verməyib:

Rusiya yalnız lokal irəliləyişlərə nail olub,
Amma itkilər çox böyükdür,
Ölkə daxilində aparılan sorğulara əsasən, hər üçüncü rusiyalı müharibədən əziyyət çəkib,
Ukraynanın Rusiya neft emalı zavodlarına (NƏZ) artan hücumları isə vəziyyəti daha da çətinləşdirir.
Daxildə narazılıq böyüyür
CEPA-nın hesabatında bildirilir:

“Repressiya səviyyəsinin yüksək olması və əhalinin passivliyi üsyanı az ehtimal etsə də, Kremlin qorxduğu əsas şey – əhalinin ani və kütləvi şəkildə müharibəyə cəlb olunması fonunda gizli narazılıq dalğasıdır.”
Trampın mövqeyi də Putinə problem yaradır
Məqalədə vurğulanır ki, Putinin gözlədiyinin əksinə olaraq, ABŞ prezidenti Donald Tramp Rusiya ilə yaxınlaşmaq əvəzinə, Ukraynaya hərbi dəstəyi daha da artırmağa başlayıb. Tramp hətta Ukraynaya uzaq mənzilli qanadlı raketlərin verilməsini açıq şəkildə müzakirə edir – bu isə bir zamanlar “pro-ukraynalı” Bayden administrasiyası dövründə belə ehtimal olunmurdu.

 Putin üçün oyun qaydaları dəyişir
“Bütün bu hadisələr birlikdə göstərir ki, Putinin indiyə qədər istifadə etdiyi strategiyalar artıq işə yaramır. O, artıq hadisələri tam nəzarətində saxlamır, və bu, rejimin gələcəyi üçün həlledici səhvlərə yol aça bilər”, — deyə məqalə yekunlaşır.

İmran Kərimli