Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin fevralında Moskvanın mərkəzində güllələnərək qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun qətlinə dair cinayət işinin tamamlanmasını tələb edib.
Dövlət başçısı 11 dekabr cümə günü Nemtsovun qətl hadisəsinin “yekunlaşdırılmalı olduğunu” söyləyib.
Putin Qalina Starovoytovanın qalmaqallı qətlinin açıldığını xatırladıb – həm sifarişçilər, həm də günahkarlar həbs olunub.
“Başqa bir peterburqlu – Qalina Starovoytovanın məşhur qətlinin günahkarları tapıldı, həbs edildi və məsuliyyətə cəlb edildilər. İndi Nemtsovun qətlinin yekunlaşdırılması lazımdır”, – prezident deyib.
Xatırladaq ki, Boris Nemtsov 27 fevral 2015-ci il tarixində Bolşoy Moskvoretski Körpüsündə güllələnib. Qatili ona altı dəfə atəş açıb. Siyasətçi yerindəcə ölüb. O anda Nemtsovun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya olub.
2017-ci ildə qətlin birbaşa icraçıları uzun müddətə məhkum edilib. Beləliklə, Zaurd Dadaev 20 il, Anzor Qubaşev 19 il, Şadid Qubaşev – 16, Temirlan Əskərxanov – 14, Xamzat Baxayev – 11 il həbs cəzası alıb. Bununla belə, müxalifətçinin qətlini sifariş edən şəxsin adı hələ açıqlanmayıb.