KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Belarus paytaxtında keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, bu ilin noyabrında Minskdə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək.
Bunu Belarus xarici işlər naziri Sergey Aleynik qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqların yekunu üzrə deyib.
Onun sözlərinə görə, Belarus və Qazaxıstan prezidentləri nisbətən yaxınlarda – 2022-ci ilin oktyabrında Astanada görüşüblər.
“Bu ilin noyabrında biz Qazaxıstan prezidentinin Minskdə Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirakını gözləyirik”, – Aleynik bildirib.
Qeyd edək ki, KTMT-yə altı dövlət – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. 2023-cü ildə Belarus KTMT-yə sədrlik edəcək.