Putin: “Nasistlər heç vaxt bağışlanmayacaq”

Putin: “Nasistlər heç vaxt bağışlanmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Vətən Müharibəsi illərində Leninqrad sakinlərini qırmaq istəyən nasistlər heç vaxt bağışlanmayacaq.

Virtualaz.org bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 Putin bəşəriyyətə qarşı işlədilmiş bu cinayətin heç vaxt unudulmayacağını bildirib. Onun sözlərinə görə, düşmənin planına əsasən Leninqradın ümumiyyətlə yer üzündən silinməsi nəzərdə tutulub, lakin leninqradlıların sarsılmaz sədaqəti və vətən sevgisi bu planın baş tutmasının qarşısını alıb.

Qeyd edək ki, bu gün Leninqradın işğaldan azad edilməsinin 75-ci ildönümüdür.