PUTİN NAMİZƏD OLACAQMI? KREMLDƏN YENİ AÇIQLAMA

PUTİN NAMİZƏD OLACAQMI? KREMLDƏN YENİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin martda keçiriləcək seçkilərdə daha bir müddət Rusiya prezidenti kimi namizədliyini irəli sürəcək.

Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, 1999-cu ilin sonlarına doğru prezidentliyi Boris Yeltsindən təhvil alan Rusiya prezidenti Putin hətta Leonid Brejnevin 18 illik prezidentlik müddətini də keçərək rekord qırıb.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) televiziya kanalının Putindən sonra gələcək prezidentin necə olması barədə sualına Peskov “Tam olaraq eyni” cavabını verib və sonra gülümsəyərək əlavə edib: “Yaxud fərqli, lakin eyni”.

Peskov çıxışında “Putin hələlik namizəd olmaq niyyətini açıqlamayıb, amma mən onun bunu edəcəyinə ürəkdən inanmaq istəyirəm və onun seçkiləri qazanacağına şübhəm yoxdur. Onun gedəcəyinə şübhəm yoxdur” deyib.