Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.
Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.
TİA.AZ-ın məlumatına görə, bu barədə “Qazeta.ru” xəbər verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yayılan xəbərdə bildirilir ki, Çində Rusiya, Çin, Braziliya, Hindistan və CAR-ın iştirakı ilə keçirilən beynəlxalq sammitdə görüşən iki lider Myanmada baş verənlərlə bağlı ümumi mövqelərini ifadə ediblər.
Mətbuat katibi qeyd edib ki, prezident Putin və həmkarı Əs-Sisi zorakılıqlarla bağlı hədsiz narahatlıqlarını ifadə etdilər. Onlar zorakılığın istənilən təzahürünü, o cümlədən müsəlmanlara qarşı zorakılıqları pisləyiblər.
Peskovun sözlərinə görə, hər iki prezident Myanma hakimiyyətini vəziyyəti mümkün qədər tez nəzarət altında almağa çağırıblar.