Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi internet saytında məlumat yerləşdirilib.

Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.