Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi sammitində çıxışına Aktauda baş verən təyyarə qəzası ilə bağlı sözləri ilə başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Putin Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində çıxışında bildirib.
O, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin tibb işçiləri və avadanlıqları ilə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan yerə uçduğunu söyləyib.
Putin əmin olduğunu bildirib ki, Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı hərtərəfli araşdırma aparılacaq.