Rusiya prezidenti Vladimir Putin ilk dəfə Kursk vilayətinin sərhədyanı rayonlarında bir gün əvvəl başlayan döyüşlərə münasibət bildirib.
Tribunainfo.az BBC-yə istinadən xəbər verir ki, o, Rusiya hökumətinin toplantısını keçirib.
Putin bundan sonra hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirməyi planlaşdırır.
“Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, – Putin iddia edib.
Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”.