Putin Kerç hadisəsinə görə Ukraynanı ittiham etdi

Putin Kerç hadisəsinə görə Ukraynanı ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin ötən günlərdə Kerç boğazında Ukrayna ilə yaşanan insident barədə danışıb.
Qaynarinfo xəbər verir ki, Putin Ukrayna prezidenti Petro Poroşenkonu donanmaya provakasiya tapşırığı verməkdə ittiham edib. Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna Rusiyanın beynəlxalq hüquqla müəyyənləşdirilmiş sərhədlərini pozub. O, Ukraynanın Krımın Rusiyanın tərkibinə birləşdirilməsi zamanı yox, belə kiçik insidentdən sonra hərbi vəziyyət elan edilməsi qərarına da diqqət çəkib.
Qeyd edək ki, 25 noyabrda Rusiya donanması Ukrayna hərbi gəmilərini sərhədi pozmaq və xəbərdarlığa məhəl qoymamaqda ittiham edərək atəş açmışdı. Hadisə 6 ukraynalı hərbçinin yaralanması ilə nəticələnib.