Putin İstanbul danışıqları üçün nümayəndə heyətini təsdiqlədi

Putin İstanbul danışıqları üçün nümayəndə heyətini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heyətə Medinski rəhbərlik edəcək

Rusiya Prezidenti Vladimir Putin 15 may tarixində İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Tribunainfo.az xəbər verir ki, Kremlin məlumatına görə, nümayəndə heyətinə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargah İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Danışıqlarda iştirak edəcək ekspert qrupunun tərkibinə isə Baş Qərargahın informasiya idarəsinin müavini Aleksandr Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə nümayəndəsi Yelena Podobreyevskaya, Xarici İşlər Nazirliyinin MDB üzrə nümayəndəsi Anatoli Poliçuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə nümayəndəsi Vladimir Şevtsov daxildir.

Politoloq Aleksey Naumov bildirib ki, Rusiya tərəfi danışıqlarda lider mövqeyini qorumaqda israrlıdır və bu görüşü 2022-ci ildəki uğursuz cəhdlərin davamı kimi görür.

Qeyd edək ki, bu, son üç ildə Rusiya və Ukrayna arasında ilk belə təmas olacaq. Prezident Vladimir Putin 11 mayda danışıqlara başlamağı təklif edib. Ukrayna Prezidenti Vladimir Zelenski də İstanbula gəlməyə razılıq verib, lakin danışıqların dövlət başçıları səviyyəsində keçirilməsini istəyib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın da İstanbul görüşünə qatılma ehtimalı istisna olunmur.

İmran Kərimli