Putin: “İnternetdə anonimlik problemdir”

Putin: “İnternetdə anonimlik problemdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin internetdə anonimliyin müsbət və mənfi tərəflərindən danışıb.

TİA.AZ-ın “Gazeta.ru”ya istinadən xəbərinə görə, dövlət başçısı bunu demokratiyanın göstəricisi kimi qiymətləndirib.

“İnternetin anonimliyi bir tərəfdən yaxşıdır – demokratiyadır. Digər tərəfdənsə, bir çox suallar ortaya çıxır – bu niklərin arxasında kimlərin gizləndiyi bilinmir. Həqiqətən də indi 37-ci il deyil – nə istəyirsənsə, danış” – deyə o qeyd edib.

 

Rusiya prezidenti hesab edir ki, cəmiyyət özünü destruktiv qüvvələrdən ayırmalıdır: “Biz artıq intihar, pedofiliya, terrorçuluq halları ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq etmişik. Amma internetdə oturub, ABŞ-da nələr baş verdiyinə baxırlar, sonra bizim məktəblərdə cinayət törədirlər”.