ABŞ bütün ölkələrdəki siyasi proseslərə müdaxilə edir.
ABŞ bütün ölkələrdəki siyasi proseslərə müdaxilə edir.
TİA.AZ xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Mən heç kimin xətrinə dəymək istəmirəm, amma ABŞ bütün ölkələrin seçki kampaniyalarına müdaxilə edir. Xəritədə dünyanın hansı nöqtəsinə barmağını toxundursan, orada amerikalı rəsmi şəxslərin ölkənin daxili işlərinə müdaxiləsindən bəhs edəcəklər. Biz seçkiyə müdaxilə etməmişik, amma müdaxilə etsək belə, ABŞ bundan inciməməlidir. Siz özünüz daima kimlərinsə işinə müdaxilə edirsiniz. Hər fəaliyyətə qarşı əks-fəaliyyət var. Təkrar edirəm, bizə sizin seçkilərə müdaxilə gərək deyil. Prezidentlər gəlib-gedirlər, amma dövlətin əsas siyasi xətti dəyişmir”, – deyə o bildirib.