Fevralın 13-də gecə yarısı Moskvadan Kremlə doğru hərəkət edən prezident korteji görünüb. Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Saat 22:44-də Putin Moskva yaxınlığındakı iqamətgahından Kremlə gəldi”, – Rusiyanın Teleqram kanallarından biri yazır. Dövlət başçısının Kremlə səfərinin səbəbi açıqlanmır.
Yeri gəlmişkən, Rusiya prezidenti ötən həftənin sonunda Kremlə səfər edib.
Bundan sonra məlum olub ki, səfər amerikalı jurnalist Taker Karlsonun belə böyük səs-küyə səbəb olan müsahibəsi ilə bağlı olub.
Dəniz Pənahova