“Ermənistanda parlament seçkilərində iştirak edən demək olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir”. “Ermənistanda parlament seçkilərində iştirak edən demək olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir”.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan çıxış edib.
Onun sözlərinə görə, seçkidə iştirak edənlər sözdə alternativ siyasətçilər hesab oluna bilərlər: “Lakin əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin gizlədilən tərəfi də budur”.
Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın tərəfdaşıdır: “Ermənistan isə daha çox idarə edilən dövlətə çevrilib. Rusiya “broker” kimi fəaliyyət göstərir, lakin faktiki olaraq, Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyadan silah alıcısıdır”.
Erməni politoloq bildirib ki, Ermənistanda siyasi partiyaların Rusiyanın istəyini təmin etməkdən başqa heç bir seçimi yoxdur.
“Bu parlament seçkilərindəki mübarizədə ən mühüm amildir. Ərazilərin Azərbaycana qaytarılması ideyasını Levon Ter-Petrosyan açıq şəkildə irəli sürür. Hansı ki, bu, yeni deyil, hələ 1988-ci ildən etibarən o, vəzifəsinə sadiqdir. Azərbaycana ərazilər qaytarılacaq, hətta Dağlıq Qarabağ rəhbərliyi (işğal edilmiş ərazilərdə yaradılan qondarma “DQR” rejimi-red) də razılaşacaq və deyiləni yerinə yetirəcək. Heç bir əks fikir ola bilməz”, – deyə erməni politoloq qeyd edib.