Ukraynada döyüşən işğalçı Rusiya Silahlı Qüvvvələrinin keçmiş komandanı Sergey Surovikin yeni vəzifəyə təyin olunub.
Tribunainfo.az rus mediasına istinadla xəbər verir ki, general Müstəqil Dövlətlər Birliyinin (MDB) hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb.
MDB Müdafiə Nazirləri Şurası Surovikinin yeni vəzifəyə təyin olunduğunu elan edib. Məlumata görə, səsvermə zamanı generalın namizədliyi yekdilliklə dəstəklənib.
Sentyabrın 6-da Dövlət Dumasının deputatı, istefada olan general-polkovnik Viktor Zavarzin bildirib ki, şəxsi məlumatları Müdafiə Nazirliyinin saytından yoxa çıxan Surovikinin MDB-də “yaxşı” mövqeyi aşkar edilib. Əvvəllər onun haqqında məlumatı “Silahlı Qüvvələrin Baş Komandanları” bölməsində görmək olardı. İndi bu siyahıda yalnız Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Nikolay Evmenov və Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukovun adları qalıb. Parlamentari vurğulayıb ki, indi Hərbi Kosmik Qüvvələrə Surovikinin əvəzinə Baş Qərargah rəisi rəhbərlik edir.