“PUTİN EYFORİYA İÇƏRİSİNDƏ İDİ, MİF DAĞILDI…” – ŞƏRH

“PUTİN EYFORİYA İÇƏRİSİNDƏ İDİ, MİF DAĞILDI…” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Ukraynaya hücumları gücləndirəcək. O, Priqojin qüvvələrinin qiyamı ilə bir nəbz yoxladı və hərbi əməliyyatları sərtləşdirmək üçün bəhanə qazandı”. Bu sözləri Tribunainfo.az-a siyasi təhlilçi Ramiyə Məmmədov “Vaqner”in qiyamınə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Kreml başçısı müvəqqəti olaraq Priqojini əfv edib və cinayət işinin xitam veriləcəyi açıqlanıb, lakin aldadıcı vəd verib. Ekspert düşünür ki, bütün hallarda Rostovun ələ keçirilməsi, Voronejdən Moskvaya kolonların uzanması, Putinin xalqa eyforiya içərisində müraciəti Rusiya prezidenti haqda mifi dağıtdı: “General Surovikin Yevgeni Priqojinə yalvarırdı. Şoyqu və Gerasimov əl-ayağa düşmüşdü. Putin isə canlı müraciətində deyirdi ki, dünya bizi təkləyib, vəziyyət pisdir. Yəni bir Putin mifi dağıldı. Amma burada Lukaşenko personası da önəmlidir. Belarus lideri əsas vasitəçi olduğunu sübut etdi”.