Putin Ermənistana gəlsə həbs olunacaqmı? AÇIQLAMA

Putin Ermənistana gəlsə həbs olunacaqmı? AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ermənistana gəlmək qərarına gəlsə, həbs olunacaqmı? Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan İctimai Televiziyaya müsahibəsində bu suala cavab olaraq bildirib ki, problemin həlli üçün yalnız bir yol var.

Tribunainfo.az xəbər verir ki, Yeqişenin sözlərinə görə, “Toxunulmazlıq məsələsi mübahisəlidir, çünki iki fərqli məhkəmə, Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi vəzifədə olan prezidentlərin toxunulmazlığına fərqli yanaşır. Roma Nizamnaməsinin ratifikasiyası zamanı biz Rusiya tərəfinə qanunun maddələri əsasında ikitərəfli saziş imzalamağı təklif etmişdik ki, ona görə dövlətlər ikitərəfli müqavilələrə malik ola bilərlər ki, bu müqavilələr əsasında onlar müəyyən öhdəliklər götürə bilər və bu müqaviləyə istinad edə bilərlər. Belə bir təklif ötən ilin aprelində Rusiya tərəfinə göndərilib, sonra ratifikasiyadan əvvəl müzakirələr aparılıb, lakin təəssüf ki, müqaviləni imzalamaq mümkün olmayıb. Məncə, bu problemi həll edəcək ən yaxşı mexanizm budur. Ümid edirəm ki, XİN-in tərəfdaşları rusiyalı tərəfdaşlarımızla bu istiqamətdə işləyirlər. Bundan yaxşı başqa təklif bilmirəm”.

İrəvanın təklif etdiyi sazişin imzalanması Vladimir Putinin Ermənistana problemsiz gəlməsinə imkan verəcəkmi, Kirakosyan cavab verdi ki, bu, ən azı bunun üçün müəyyən hüquqi baza yaradacaq.

Belə olan halda da Putinin Ermənistanda həbs olunmayacağına zəmanət yoxdur. Kirakosyan bu aydınlaşdırıcı suala dəqiq cavab verməyib və bildirib ki, müqavilə Roma statutunun ratifikasiyasına qədər bağlansa, daha yaxşı olar.

Dəniz Pənahova