Putin Əliyevlə görüşdən əvvəl Moskvaya zəng edib

Putin Əliyevlə görüşdən əvvəl Moskvaya zəng edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub”.

Tribunainfo.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

Putinin sözlərinə görə, görüşdən əvvəl o, Moskvaya zəng edib və AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat barədə əlavə təfərrüatın olub-olmadığını soruşub: “Açıq danışsaq, bu gecə Moskvaya zəng etdim və hansısa əlavə detalların olub-olmamasını soruşdum. Mənə məlum olan hər şeyi sizə bildirdim”.

Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirilib. V.Putin görüşə təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib.