Putin Əliyevə zəng etdi, üzr istədi – Təcili

Putin Əliyevə zəng etdi, üzr istədi – Təcili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını telefonla müzakirə ediblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı Rusiya tərəfinin istəyi ilə baş tutub.

Rusiya prezidenti faciəvi hadisənin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib və həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib.