Rusiya-Ukrayna müharibəsində gərginlik artdıqca, Moskva administrasiyasının Qara Dəniz Taxıl Dəhlizi Sazişindən şərti olaraq çıxmasının əks-sədaları davam edir.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən xəbər verir ki, Avropa mətbuatı qlobal ərzaq böhranı riskinin artdığını bildirib.
Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərə biləcəklərinə söz verib.
Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan həyata keçirir. Digər tərəfdən, Ukraynanın dünən səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya iki PUA ilə hücum təşkil etdiyi, ölən və yaralanan olmadığı bildirilib. Kiyev administrasiyası hücuma görə məsuliyyəti üzərinə götürməyib.