PUTİN DONBASIN BÜTÜN SİLAHLI BİRLƏŞMƏLƏRİNƏ VETERAN STATUSU VERƏCƏKbackend

PUTİN DONBASIN BÜTÜN SİLAHLI BİRLƏŞMƏLƏRİNƏ VETERAN STATUSU VERƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin vəd edib ki, döyüş veteranı statusu bütün Donbass silahlılarına, o cümlədən Donetsk və Luqansk Xalq Respublikalarına, həmçinin Xerson və Zaporojyeyə daxil olana qədər yaralanan və hərbçilərə şamil ediləcək.

Tribunainfo.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, əklil qoyma mərasiminin iştirakçıları ilə söhbətində bildirib.

Prezidentin qeyd etdiyi kimi, bu hərbçilər öz xalqının, vətəninin, torpağının mənafeyi uğrunda döyüşüb və indi Rusiya vətəndaşı olublar.

“Əlbəttə ki, biz onları dəstəkləməliyik və bunu edəcəyik – onları dəstəklənəcək insanlar siyahısına daxil etməliyik”, – deyə Putin bildirib.

O, həmçinin fevralın 21-də yaratmağı təklif etdiyi Ukraynada xüsusi hərbi əməliyyatın iştirakçılarına dəstək fondunun birbaşa ölkə hökumətinə tabe olacağını da bildirib.