Müharibənin gedişində hər iki tərəf müdafiə nazirlərini dəyişdilər. Ukraynanın müdafiə naziri Aleksey Reznikovu Rüstəm Ömərov əvəzlədi, Rusiyada Sergey Şoyqunun yerinə isə Andrey Belousov təyin olundu. Beləliklə, cəbhədə şiddətli və ağır döyüşlər getdiyi bir zamanda Zelenski bir Krım tatarını müdafiə naziri postuna gətirdi, Putin isə bir tuva türkü olan Şoyqunu uzaqlaşdırdı. Üstəlik, onun yerinə mülki şəxs qoyuldu. Bu da maraqlı gediş idi. Kəsəsi, üç ilə yaxındır dadan edən döyüşlər zamanı iki dövlətin müdafiə nazirləri dəyişdi. Ukrayna Baş Komandanı da dəyişib, Zalujnı gedib, Sırski gəlib. İndi gözlər Rusiyadadır, Gerasimov vəzifəsində qalacaqmı…
Bununla da qalib və məğlub ordular yoxdur, vəziyyət qeyri-müəyyən olaraq qalır. Lakin Rusiyanın mülki şəxsi müdafiə naziri gətirməsi ehtimal yaradır ki, Moskva masaya oturmaq üçün hazırlaşır və hücum strategiyasını dəyişmək fikrindədir. Lakin yayda Ukrayna əks hücuma hazırlaşır. Gözləyək, Putin yeni komandanla hansı planlar qurub…
Roman