Putin bunu etsə Stalini keçəcək

Putin bunu etsə Stalini keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2024-cü il seçkilərində qalib gəlsə, ölkəyə rəhbərlik etdiyi müddətə görə SSRİ lideri İosif Stalini keçəcək.

Tribunainfo.az  xəbər verir ki,  bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.

Bundan əvvəl Putinin 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyi məlum olub.

“Der Spiegel” xatırladıb ki, Rusiyanın hazırkı lideri bu vəzifəyə ilk dəfə 2000-ci ildə gəlib. Bundan sonra Putin 2004, 2012 və 2018-ci illərdə yenidən prezident seçilib.

“Putin Kremldə daha 6 illik səlahiyyət müddətini başa vursa, o, 1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalini keçəcək. Və sonra o, 18-ci əsrdə Böyük Yekaterinanın dövründən bəri ölkəni ən uzun müddət idarə edən Rusiya dövlətinin başçısı olacaq”, – nəşr yazır.

Nəşr onu da qeyd edir ki, Putinin 2024-cü il seçkilərində qalib gəlmək şansı kifayət qədər yüksəkdir, çünki onun “ciddi rəqibi yoxdur”.