Putin: Biz heç vaxt ruslarla ukraynalılar arasında fərq qoymamışıq

Putin: Biz heç vaxt ruslarla ukraynalılar arasında fərq qoymamışıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya heç vaxt rusları və ukraynalıları bir millət hesab edərək ayırmayıb”. Tribunainfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin “Uralvaqonzavod”un əməkdaşları ilə söhbətində belə bir fikri bildirib.

“Mən sizə bunun necə baş verdiyini birbaşa danışmaq istəyirəm. Bunu hamı bilir. Biz heç vaxt ruslarla ukraynalılar, Rusiya ilə Ukrayna arasında fərq qoymamışıq”, – Putin bildirib. O qeyd edib ki, Ukraynada yaşayanların böyük əksəriyyəti və Rusiyada insanların mütləq əksəriyyəti həmişə bunun əslində eyni şey olduğuna inanıblar.

Eyni zamanda Rusiya prezidenti qeyd edib ki, Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi tarixdən qaynaqlanır.

“Böyük Vətən Müharibəsindən sonra Hitlerlə əməkdaşlıq edən o millətçi və nasist ünsürlərdən bəziləri xaricə qaçdı. Onlar ABŞ-a, Kanadaya qaçdılar, düşmənimiz onlara arxalandı”, – deyən Putin Sovet İttifaqının dağılmasından sonra Ukraynada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəsi daşıyan insanların gəldiyini qeyd edib.

“Bu və ya digər prezidentin soyadının nə olmasının belə əhəmiyyəti yoxdur. Onlar özlərini aqressiv, həyasız apardılar və hamı onlara tabe oldu”, – Putin vurğulayıb.

Dəniz Pənahova