Mixail Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təklif Dövlət Dumasına təqdim edilib.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
“Prezident Vladimir Putin Mixail Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təklifi Dövlət Dumasına təqdim edib”, – Volodin sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu gün deputatlar bu məsələ ilə bağlı qərar qəbul edəcəklər.
Volodin vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraq Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq: hökumətin sədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcək – deputatlar 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına qanuna dəyişikliklərlə müəyyən edilmiş yeni səlahiyyətlərini həyata keçirməli olacaqlar.