ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş lideri Donald Trampın Rusiya başçısı Vladimir Putinə baş əydiyini iddia edib.
Tribunainfo.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Bildirilir ki, Bayden Trampı Putinə pərəstiş etməkdə ittiham edib və amerikalı siyasətçinin rusiyalıya istədiyini etməyə icazə verdiyini vurğulayıb.
Bayden əlavə edib ki, indiki vaxt tarixdə görünməmiş bir məqamdır.
“Demokratiya və azadlıq sözün əsl mənasında hücuma məruz qalır. Putin Avropaya doğru irəliləyir. Mənim sələfim ona baş əyib deyir: “Nə istəyirsən et”.