Putin Almaniyanı seçkiyə müdaxilə etmədən əlinə alıb- ölkə mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın sonunda Almaiyada seçkilər keçiriləcək. Lakin ABŞ və Fransadan fərqli olaraq ortada Rusiyanın qara təbliğatının əlamətləri görünmür. Elə Almaniya siyasi ekspertlərini narahat edən də budur.

 
 

Sentyabrın sonunda Almaiyada seçkilər keçiriləcək. Lakin ABŞ və Fransadan fərqli olaraq ortada Rusiyanın qara təbliğatının əlamətləri görünmür. Elə Almaniya siyasi ekspertlərini narahat edən də budur.

“Doğrudanmı Putin bizə sülh göyərçini göndərib? Təbii ki, yox…”, -“Huffington Post Deutschland”ın daimi müəllifi Boris Raytşuster yazır:
“DTK-nın təcrübəli zabiti olan Putin heç nəyi təsadüfə buraxmağı sevmir. İndiki məqamda Rusiya prezidentinin Almaniyadakı seçkilər ərəfəsində genişmiqyaslı dezinformasiya hücumlarına ehtiyacı da yoxdur. Vaşinqton və Parisdən fərqli olaraq Berlinlə görüləsi işlər bitib”.

Müəllif Almaniyanın keçmiş kansleri Gerhard Şröderin “Qazprom”un direktorlar şurasına təyinatına istinad edərək, Qərb elitasının korrupsiyalaşmış halını “Şröderizasiya” adlandırır.

“Korrupsiya bizim elitanın nümayəndələrinə o dərəcədə sirayət edib ki, indi Kremlin şefi Moskva ətrafında Novo-Oqaryovodakı malikanələrindən birində sakitcə kresloya söykənərək olub-bitənə tamaşa edə bilər”, – Rayşuster bildirir.

Müəllifin yazdığına görə, bu gün Almaniyada Bundestaqa düşməyə çalışan 7 partiyadan 5-i Ukraynaya hücum edən, müxalifləri müəmmalı şəkidə dünyasını dəyişən avtokratın rəğbətini qazanmaqdan ötrü əldən-ayaqdan gedir. Bunlar Almaniya Sosial-demokrat, Xristian Sosial birlik, Azad demokratlar, Sol və “Almaniya üçün alternativ” partiyalarıdır.

Rayşuster Şröderin Avropa Birliyinin sanksiya siyahısında olan “Rosneft”dəki təyinatını biabırçılıq və Almaniyanın üzünə vurulmuş sillə olaraq təsvir edib.

“Almaniya çoxdan “Rosneft” və “Qazprom”un əyalətinə çevrilib”, – yazar qeyd edir.

Rayşusterin fikrincə, təkcə siyasətçilərin deyil, jurnlaistlərin də kompasının əqrəbləri Moskvaya tərəf yönəlib:

“Qəzetlər durmadan Donlad Trampı tənqid etməkdən yorulmurlar, lakin Putinin ünvanına söz söyləməyə canları çıxır. Sanki Moskva diktatoru deyil, ABŞ prezidenti qonşu ölkəyə hücum edib, mülki təyyarəni vurub, öz tənqidçilərini qətl edib, seçkiləri saxtalaşdırıb, məhkəmə hakimiyyətini ürəyi istədiyi kimi manipulyasiya edir, Suriyada özbaşınalıq və hərbi cinayətlər törədir”.

Müəllif Almaniyanın “şröderləşməsi” prosesinin heyrətamiz ölçülərə gəlib çıxdığını bilrir. O, Almaniyadakı nəhəng qaz rezervuarlarının tikilməsini də xeyir əlaməti hesab etmir. Rayşusterin fikrincə, bu rezervuarlara “Qazprom”, yəni Rusiya nəzarət edir. Belə çıxır ki, Almaniyanın bütün enerji ehtiyatı da Rusiyanın nəzarəti altına düşüb.

Almaniyanın Moskvaya yaxın Wintershall konserni tərəfindən keçirilən soğularda almanların ABŞ-dan sıxılmış qaz deyil, Rusiyadan alınan qaza üstünlük verilməsi barədə nəticələr dərc olunur.

Müəllif Almaniyanın siyasi elitasının da “Qazprom”un iqtisadi gücünün təsiri altına keçməsinə dair faktlar gətirir:

“2016-cı ilin sonunda Helmut Kolun bürosunun keçmiş rəhbəri Marion Şeller “Qazprom”un törəmə müəssisəsi Nord Stream-a işə düzəlib. Buna qədər Şeller indiki xarici işlər naziri Ziqmar Qabrielin vaxtilə rəhbərlik etdiyi İqtisadiyyat və enerji nazirliyində enerji departamentinin rəsi işləyib. Məhz bu nazirlik və onun keçmiş rəhbəri “Şimal axını-2” layihəsini ən çox dəstəkləyən qurum olub. Hər kəsə məlumdur ki, “Şimal axını” Almaniynı rus qazından tam asılı vəziyyətə salır. Bu layihə Moskvanın imperiya ambisiyalarını stimullaşdırır, Şərqi Avropa və Ukraynanı köməksiz vəziyyətə qoyur”.

Müəllif hətta kansler Angel Merkelin də əl altdan layihəyə dəstək verdiyinə diqqət çəkib. Rayşuster bununla bağlı maraqlı iddia irəli sürüb:
“Merkelin bu ilin yayında Kremlin sahibi ilə Soçidəki görüşündən sonra hibrid müharibəsi cəbhəsində atəşkəs əldə olunub. Buna görə Moskva çirkli təbliğat hücumlarından əl çəkəcək, Almaniya isə öz növbəsində Moskvanın energetik ekspansiyasına müqavimət göstərməyəcək”.
Jurnalist bütün bunlardan sonra belə bir nəticəyə gəlib:

“Putin Almaniya uğrunda müharibəni udur. Daha soğrusu, AFR-də həlledici təsir imkanı qazanır, Almaniyanın ABŞ-dan aralanmasına nail olur, Avropa Birliyinin isə ilmələrini bir-bir sökür”.

Musavat.com