Vladimir Putin bəyan edib ki, Rusiya Afrika ölkələrinin 20 milyard dollar məbləğində borcunu hesabdan silib
FaktXəbər-in “İnterfax”a istinadən verdiyi məlumata görə, Vladimir Putin bəyan edib ki, Rusiya Afrika ölkələrinin 20 milyard dollar məbləğində borcunu hesabdan silib. Bu barədə Rusiya prezidenti qvineyalı həmkarı Alfoy Konde ilə görüşdən sonra bildirib.
O, əlavə edib ki, Moskva yoxsul ölkələrə yardım göstərilməsi təşəbbüsü çərçivəsində Afrika ölkələrinin borclarını silib.
Buna qədər iyunun sonunda Rusiya və Qırğızıstan maliyyə nazirləri Moskvada borcların silinməsi haqqında protokol imzalamışdı.