Putin: ABŞ Ukrayna məsələsinin mürəkkəb olduğunu başa düşür

Putin: ABŞ Ukrayna məsələsinin mürəkkəb olduğunu başa düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika tərəfi başa düşür ki, Ukrayna məsələsi mürəkkəbdir və müvafiq həll yolları tələb edir”.

Tribuna xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Belə ki, Belarus prezidenti ümid etdiyini bildirib ki, Amerika tərəfi ehtiyatlı davranacaq və Ukrayna məsələsinin “çətin məsələ olduğunu və çətin həll yolları tələb etdiyini” qəbul edəcək.

“Mənə elə gəlir ki, belə bir anlayış var”, – Rusiya prezidenti cavab verib.