ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinin müharibədə “daimi sülh” istədiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat verib.
Vitkoff görüşün təxminən beş saat davam etdiyini və “çətin olduğunu” ifadə edərək, “Putinin tələbi daimi sülhün əldə edilməsidir”, – deyib.
Vitkoff qeyd edib ki, mümkün sülh sazişi təkcə ilhaq edilmiş 5 regionda atəşkəs əldə edilməyəcək, həm də Rusiyanın Ukraynanın NATO üzvlüyündən imtina etməsi və ABŞ ilə Rusiya arasında ticarəti artırması tələbi olacaq.
Dəniz Pənahova