Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibində bır sıra dəyişikliklər edib.
TİA.AZ-ın məlumatına görə, Prezidentin fərmanları ilə Rusiyanın Energetika naziri Aleksandr Novak, Tikinti və mənzil-kommunal təsəsrrüfatı naziri Vladimir Yakuşev, Nəqliyyat naziri Yevgeni Ditrix və Təbii ehtiyatlar və ekologiya naziri Dmitri Kobılkin vəzifələrindən azad edilib.
Bundan başqa, baş nazirin müavinlərinin sayı 10-dək artırılıb. Energetika naziri Aleksandr Novak baş nazirin müavini təyin olunub.