Pulun qədrini bilməyən bürclər – Xərcləməyi sevirlər….backend

Pulun qədrini bilməyən bürclər – Xərcləməyi sevirlər….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi insanlar pula heç önəm vermir. Bu insanların pul yığmaq, mal-mülk sahibi olmaq kimi xəyalları yoxdur. Bəzən pulsuz qalsalar da, veclərinə almırlar. Astrologiyada da pulun qədrini bilməyən bürclər var.
Pul xərcləməyi çox sevən həmin bürcləri təqdim edirik.
Oxatan – Onlar düşünməkdən çox, anı yaşamağı üstün tuturlar. Bu da tez-tez maddi sıxıntıya düşmələrinə səbəb olur. Pul yığmaq və investisiya etməkdə uğurlu deyillər. Daha çox dünyanı gəzmək və hər şeyi təcrübə etmək istəyirlər.
Tərəzi – Alış-veriş etməyi çox sevirlər. Modanı yaxından izləyirlər. Ona görə də, həmişə pul xərcləyirlər. Söhbət maddiyyatdan gedəndə çox tənbəl olurlar. Tez-tez pul xərclədikləri üçün də çox zaman borclu qalırlar. Tərəzi bürcündən olan insanlar pulu sadəcə öz ehtiyacları üçün xərcləyir.
Əkizlər – Sosial insanlardır. Əylənmək istədikdə çox göstərişli yerlərə gedirlər. Daim pul xərcləyirlər və buna görə peşiman deyillər. Onların da pul yığması mümkün deyil.
Qoç – Qoç yox deməyi bacarmır. Ona görə də, özlərinə lazım olsa belə, yaxınlarının pula ehtiyacı olanda sevə-sevə verirlər. Köməklik etməyi çox sevdikləri üçün pulsuz qala bilərlər. Buna görə də, maddi sıxıntı yaşayırlar. Qoç bürcləri özlərinə investisiya etməyi də sevirlər. Bütün ehtiyaclarını qarşılamaq üçün məsuliyyətsiz şəkildə pul xərcləyirlər.
Əqrəb – Bahalı zövqləri var. Həyatlarındakı insanlar üçün heç vaxt pul xərcləmirlər. Onlardan daha çox pul qazanan biri ilə münasibətdə olmağı qəbul edə bilmirlər. Onlar pulu bir güc olaraq görür.
Buğa, xərçəng, şir, qız, oxatan, oğlaq, dolça və balıq bürcləri də pul xərcləyirlər. Lakin pul ehtiyyatlarının olmasını da sevirlər.