“Yeni mahnıda bəstəkarın adını çəkməyəcəyəm. Halal eləmirəm. Bu mahnını oxumaq istəmirdim. Nəsə səhv getdi…”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Həmin Zaur” verilişində deyib. Sənətçi bəstəkarla yaşadığı qalmaqaldan danışıb:
“Mahnını yazan bəstəkar məndən pul alıb və başqa bəstəkarın bəstələdiyi musiqini oğurlayıb. Notları da eynidir. Deyir ki, bu mahnının musiqisini mən bəstələmişəm. Plagiat ola bilər, amma notların bu qədər eyni olması düzgün deyil. Ayıb olsun sənə. Bu gün əhvalım yaxşıdır, ona görə də o şəxsin adını çəkməyəcəyəm”.