backend

“Pulu siz yemisiz, qeyrətsizlər” – “Rabitə işi”ndə gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TİA.AZ-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev bu dəfə də məhkəməyə xərəkdə gətirilib. O, zalda stolun üstündə uzanaraq prosesdə iştirak edib. B.Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. Ardınca onun vəkili hakimlərə etiraz edib.

Vidadi Zeynalov və digər təqsirləndirilənlər B.Vəliyevlə bağlı vəsatəti müdafiə etməyiblər, qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını deyiblər.

Onların bu mövqeyi B.Vəliyevi hövsələdən çıxarıb və keçmiş həmkarlarını təhqir edib: “Niyə vəsatəti müdafiə etmirsiz? Çünki şərəfizsiniz. Mənim heç bir günahım olmadan oturmuşam burda. Pulu siz yemisiz, qeyrətsizlər! Ona görə səsiniz çıxmır”.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə prosesi martın 29-da davam etdiriləcək.