Pul ödəyib ev aldılar… Amma sənədlərini əldə edə bilmədilər…
Tribunainfo.az xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbə sakini Aida Cəfərova ev aldığı əmlakçıdan şikayətçidir. O deyir ki, ev aldıq ki, başımızın üstündə bir dam olsun, indi isə o damın altında soyuqdan donuruq. Çünki evin kommunal problemlərini həll etdirmək üçün sənədlərimiz yoxdur, əmlakçı isə günü-günə satır:
Aida Cəfərova deyir ki, evi təmir edib köçdük, lakin sənədlərimiz olmadığına görə qaz çəkdirə bilmirik. Qışın soyuğunda, xəstəliklərlə boğuşuruq:
Məsələ ilə bağlı əmlakçı Ramiz Quliyevlə əlaqə saxladıq. Bildirdi ki, ailə özü hazır olmayan evə köçmək üçün tələsib. Lakin yenə də evin sənədləri ilə bağlı məsələ həll olunmaq üzrədir, fevralın axırı, mart ayının 10-a qədər sənədlər hazırlanıb ailəyə təqdim ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Tribunainfo.az