Rusiyanın Krasnodar vilayətinin Kanevski rayonunda neft anbarı pilotsuz təyyarənin hücumundan sonra yanıb.
“AzPolitika” xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev gecə öz teleqram məlumat verib.
“Kanevski rayonunun Novominskaya kəndində PUA qırıntıları neft məhsullarının cüzi qalıqları olan çənin üzərinə düşüb”, – Kondratyev yazıb.
O, yanğına ikinci mürəkkəblik səviyyəsinin təyin edildiyini iddia edir. Qeyd edək ki, ən yüksək səviyyə beşincidir.
Teleqram kanalları isı neft bazasında baş vermiş güclü yanğının videogörüntülərini dərc edib. Qeyd olunur ki, sabahın erkən saatlarına qədər yanğını söndürmək mümkün olmayıb..
Bildirilir ki, şirkətin saytında Kanevski rayonunda yeganə neft emalı zavodu kimi adı keçən “Albaşneft” MMC-nin neft bazası yanıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Rusiya Müdafiə Nazirliyi isə rəsmi məlumatında Krasnodar diyarına hücumun dəf edildiyi barədə məlumat verməyib. Bildirilir ki, Kursk və Belqorod vilayətlərində cəmi dörd PUA vurulub.
Rusiyanın neft emalı zavodlarına və yanacaq anbarlarına mütəmadi olaraq hücum edilir. BBC Rus Xidmətinin hesablamalarına görə, bu, 2024-cü ildə ən azı 81 dəfə belə hadisə baş verib. Bu rəqəmə Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində, o cümlədən ilhaq edilmiş Krımda yerləşən neft emalı zavodlarına edilən hücumlar daxil deyil. Bundan əlavə, jurnalistlər yalnız ən azı iki müstəqil mənbə tərəfindən təsdiqlənən hücumları qeydə alıblar.
Neft emalı zavodlarına edilən hücumlar Rusiyada neft emalının son 12 ilin minimum səviyyəsinə enməsinə gətirib çıxarıb, çünki hər uğurlu hücumdan sonra zavodlar təmirə bağlanıb.
“Reuters”-in məlumatına görə, dron hücumları və sanksiyalar 41,1 milyon ton neft emal gücü olan zavodların dayanmasına səbəb olub ki, bu da Rusiyadakı ümumi emal həcminin 12%-dən çoxunu təşkil edir.