PSJ Mbappeyə 10 il üçün 1 milyard avro təklif etdi

PSJ Mbappeyə 10 il üçün 1 milyard avro təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
PSJ futbolçusu Kilian Mbappeni komandada saxlamağa çalışır və ona yeni uzunmüddətli müqavilə təklif edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Central Defense” yazıb.

Mənbənin sözlərinə görə, PSJ Mbappe ilə 10 illik müqavilə bağlamaq istəyir. Futbolçu bu müddətdə 1 milyard avro qazanacaq. Nəşr futbolçu və agentinin təklifə hansı cavabı verməsini yazmayıb.
Daha əvvəl mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsini tamamlamağı planlaşdırdığı və 2025-ci ilə qədər uzadılması variantından artıq imtina etdiyi barədə məlumat yayılıb.
Mbappe 2017-ci ildə PSJ-yə keçib. Paris klubunun heyətində hücumçu beşqat Fransa çempionu olub, üç dəfə Fransa kubokunu qazanıb. Fransa yığması ilə birlikdə 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə vitse-çempion olub.
Onun “Real Madrid”ə transferinin gündəmdə olduğu iddia edilir.