Dostum Dəyanət Rzayevin özünə qəsd etməsindən bu səhər xəbər tutdum. Dostum Dəyanət Rzayevin özünə qəsd etməsindən bu səhər xəbər tutdum.
Adətən insan xəstələnəndə həkimə gedir, həkim xəstələnəndə həkimə getmir ki, özüm həkiməm. Ancaq ancaq həkimində həkimi olmalıdır.
Mən, psixoloq Dəyanət Rzayevlə artıq 3 ilə yaxın idi ki, dostluq edirdim. Onu tanıdığım ilk gündən aramızda səmimiyyət yarandı. Hər dəfə bakıya yolum düşəndə işlədiyi ofisə gedib, səmimi söhbət edib, çay içərdik. Hər görüşümüzdə ona sual verərdim? Dəyanət bəy psixoloqun psixoloqa ehtiyacı varmı? Mənə deyərdi: “Əlbətdə, psixoloqun psixoloqa ehtiyacı var. Hətta adi insanlardan çox ehtiyacı var”. Axı, niyə müraciət etmədin, Dəyanət bəy psixoloqa?
Siz , xalqını, millətini sevən insandınız… Bu gün tanınmış psixoloq həyat çətinliklərinə uduzursa, adi insanlardan nə gözləmək olar?! Cəmiyyyətmizmi korlanıb, yoxsa insanlarmı acizləşib? Özünü öldürmək, ölümə qalib gəlmək deməkdir. Siz ölümə qalib gəldiniz!
Hər insan özünü öldürə bilməz! Bünun üçün də iradə lazımdır. Təəssüflənirəm ona görə ki, sizin iki az yaşlı övladınız gözü yaşlı qaldı…Allah rəhmət yağışını sizin məzarınızdan əskik etməsin!
Azər Allahverdiyev