“PSİXOLOQLARIN TRAVMALI UŞAQLARDAN XƏBƏRİ YOXDUR” – PEDİATRbackend

“PSİXOLOQLARIN TRAVMALI UŞAQLARDAN XƏBƏRİ YOXDUR” – PEDİATR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanalların birində qonaq olan psixoloq xanımın “həyat yoldaşınız sizin emosional ehtiyacınızı ödəməyib 3000 manata telefon almırsa, boşanın” fikirləri iki gündür müzakirə olunur. Psixoloqun yol göstərmək əvəzinə boşanmağa səsləməsi haqlı narazılıq yaradıb.

Tribuainfo.az xəbər verir ki, mövzuya səssiz qalmayan həkim-pediart Vaqif Qarayev bildirib ki, bu cür məsləhət verənlərin boşanmış ailələrdəki uşaqlardan xəbəri yoxdur:

“Psixoloq boşatdırır, hakim boşatdırır. Cəmi 2-3 il ailə təcrübəsi olan gənc xanımlar ictimai qınaq pərdəsi altında ailələri boşanmağa təhrik edirlər. Və bunların heç birinin boşanmış ailələrdəki uşaqlardan xəbəri yoxdur. Sevdiyimiz bir ifadə tapmışıq – uşaqlıq travması! Bu özbaşına yaranmır. Biz yaradırıq o travmanı, valideyn olaraq, boşanmağa təhrik edən cəmiyyət olaraq, sahə “mütəxəssisi” olaraq…
Uşaqları şəxsiyyət kimi böyütmək lazımdır, gələcəyin manyakı kimi yox! Gözüqırpıq, dünyadan küskün birisi kimi də yox! Məncə, ən böyük ehtiyac budur -uşaqları travmasız böyütmək!”.